Sinqapurda narkotik qaçaqmalçılığına görə məhkum olunan 46 yaşlı Tangaraju Suppiah adlı şəxsin edam edildiyi açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Dünyanın ən sərt anti-narkotik qanunlarından birinə sahib olan Sinqapurda Suppiah adlı şəxs narkotiklərin qanunsuz dövriyyəsi və qaçaqmalçılığında şübhəlini bilinərək edam edilib.
Prokurorluğun ittiham aktında qeyd edilir ki, Suppiah marixuana satıcıları tərəfindən istifadə edilən və narkotik ticarətini idarə edən iki xəttlə əlaqəli olub.
Suppiahın edamına müxtəlif qeyri-hökumət təşkilatları və fəal qruplar, ilk növbədə onun ailəsi etiraz edərək, prokurorların məhkəməyə təqdim etdikləri sübutların zəif olduğunu əsas gətirib.
Səlahiyyətlilər etirazların əsassız olduğunu, məhkəmə prosesinin tamamlandığını və ölüm hökmünün yekunlaşdığını bildiriblər.