Bakı metropoliteninin “Nizami” stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar “Nərimanov” elektrik deposuna göndərilib.
Baki metropolitenindən İnterpress.az-a verilən məlumata görə, nəticədə, bu, “Nizami-Dərnəgül” sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub. Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib.
Məlumata görə, xəttə dərhal ehtiyat qatar buraxılıb.