NATO Rusiya sərhədindən 100 kilometr aralıda döyüş təlimləri keçirir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. 100 km məsafədə keçirilən manevrlər gərginliyi artırır.
Finlandiyada NATO-nun genişmiqyaslı döyüş təlimləri keçirilir.
Rusiyanın sərhədinə cəmi 100 kilometr məsafədə keçirilən manevrlərə 2,2 min hərbçi cəlb olunub. Onların arasında Polşadan göndərilən bölmə də var.
Bu fondda Almaniyanın müdafiə naziri Boris Pistoriusun son bəyanatı xüsusilə diqqət çəkir.
O, daha əvvəl bildirmişdi ki, NATO ilə Rusiya arasında müharibə 2029-cu ilə qədər başlaya bilər. Alyans mümkün təhlükəyə hazırlaşmağın vacibliyini gizlətmir.

Xuraman Etibarlı
İnterpress.az






