Naxçıvan Muxtar Respublikası şəhərlərinin baş planları hazırlanacaqbackend

Naxçıvan Muxtar Respublikası şəhərlərinin baş planları hazırlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası şəhərlərinin baş planları hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.

Bununla bağlı icraçı qurum kimi Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyənləşib.

Şəhərlərin baş planların hazırlanması 2023–2027-ci illəri əhatə edəcək.

Eyni zamanda 2023–2025-ci illərdə Naxçıvan iqtisadi rayonunun ümumi planı hazırlanacaq.