Nə üçün İran Ermənistanla münasibəti yaxın saxlamaq fikrindədir?”backend

Nə üçün İran Ermənistanla münasibəti yaxın saxlamaq fikrindədir?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hər zaman Rusiya ilə çox yaxın münasibətlər siyasətini aparıb. Ancaq bir məqam var ki, belə bir səfər Azərbaycanla münasibətlərin mürəkkəbləşməsi fonunda baş verir”. 

Bunu “Yeni Sabah”a açıqlamasında politoloq Fikrət Sadıxov deyib. İran və Rusiya XİN rəhbərlərinin görüşünün nəticələrini şərh edən politoloqun sözlərinə görə, görüş zamanı İran Xarici İşlər naziri cavablarında Moskva ilə səmimi münasibətdə olduğunu gizlətmədi. “Ancaq bu o demək deyil ki, Rusiya onu tam mənada  dəstəkləyir və Azərbaycanla münasibətlərin mürəkkəbləşməsi üçün yaşıl işıq yandırır” – deyə F. Sadıxov düşünür.

Politolqun sözlərinə görə, əslində Lavrov regionda sülh və əminamanlığı dəstəkləyir və bunun üçün çalışır: ”Faktiki olaraq, belə yaranmış vəziyyətdə  yeni bir gərginlik yaratmaq Rusiyanın maraqlarına xidmət etmir.”

F.Sadıxov İranın Azərbaycanla münasibəti dəyərləndirib: “İranın diplomatik addımları hər zaman ziddiyyətli olub. Bir tərəfdən onlar bizi günahlandırır ki, biz terrorçuları dəstəkləyirik və beləliklə öz torpaqlarımızı qoruyuruq. Digər tərəfdən bəyan edir ki, bizimlə və Ermənistanla münasibətlərini normal saxlamaq fikrindədir.

Axı bir sual hər kəsi maraqlandırır, nə üçün İran Ermənistanla münasibəti yaxın saxlamaq fikrindədir? Bu 30 il ərzində İranın belə ritorik ifadələrindən başqa bir şey eşitmədik və görmədik. Əksinə, biz Ermənistana köməyini gördük. Və bu yardım tək humanitar yardım deyildi, köməyin digər növləri də var idi. Elə buna görə İslam həmrəyliyi haqqında çox gurultulu bəyanatlar verən ölkə, düşünürəm ki heç də bu istiqamətdə faktiki olaraq siyasət aparmır.”