Neft qiymətləri düşsə, Azərbaycan büdcəsi nə qədər itirə bilər? – RƏQƏMLƏRbackend

Neft qiymətləri düşsə, Azərbaycan büdcəsi nə qədər itirə bilər? – RƏQƏMLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair sənəddə neft qiymətlərinin aşağı düşəcəyi təqdirdə gözlənilən ssenarilər açıqlanıb., sənəddə bildirilir ki, neftin qiyməti orta hesabla 5 ABŞ dolları aşağı düşərsə icmal büdcə gəlirlərinin proqnozla müqayisədə illik 1,5 milyard manat azala bilər.

Maliyyə Nazirliyinin açıqladığı sənəddə digər ssenari də göstərilir.Bildirilir ki, əgər neftin bir barelinin satış qiyməti 25 ABŞ dollarınadək düşərsə, ortamüddətli dövrdə icmal büdcənin gəlirləri proqnozla müqayisədə orta hesabla illik 5,9 milyard manat az olmasına səbəb ola bilər.

Qeyd edək ki, 2022-ci ilin büdcəsində Azərbaycan neftinin 1 barelinin qiyməti 45 ABŞ dolları götürülüb.

2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26 milyard 407 milyon manat, xərcləri isə 28 milyard 974 milyon manat məbləğində proqnozlaşdırılır.

İcmal büdcənin isə (dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin (büdcədənkənar əməliyyatlar da daxil olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini funksional və iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə sənəd) gəlirləri 26 milyard 967 milyon 700 min manat, xərcləri isə 32 milyard 145 milyon 900 min manat həcmində proqnozlaşdırılır.