Neftçalalı qadınlar sahibkar olmaqda qərarlıdırlar.
İnterpress.az xəbər verir ki, onlar əvvəlcə peşə öyrəndilər.
Peşə biliklərini müvafiq sahəyə tətbiq edərək maddi təminatlarını yaxşılaşdırmaq üçün “Kəndli qadınların sahibkarlıq təşəbbüsünə dəstək” layihəsinə müraciət etdilər.
Sahibkar olmaq üçün biznes planın yazılması zəruri addımdır. Çünki qarşıya qoyulan hədəfədək olan mərhələlər məhz bu təlim vasitəsilə izah olunur.
İştirakçılar artıq sahibkarlıq, biznes ideya, marketinq planı, bazar araşdırması, müştəri seqmentləri, kommunikasiya üsulları, satış planı, istehsal və tədarük planı, sərmayə planı barədə müvafiq biliklər əldə ediblər. Təlimlər davam edir.
Təlimlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırılan və Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Kəndli qadınların sahibkarlıq təşəbbüsünə dəstək” layihəsi çərçivəsində icra olunur.