Nəhəng kərgədanın yeni sümükləri tapılıbbackend

Nəhəng kərgədanın yeni sümükləri tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mineral Tədqiqat və Kəşfiyyat Baş İdarəsi (MTA) tərəfindən həyata keçirilən “Muzey Araşdırma Layihəsi” çərçivəsində aparılan qazıntı zamanı yaşı 28 milyon il olduğu təxmin edilən nəhəng kərgədan qalığının yeni fraqmentləri tapılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

2014-cü ildə Çorumun Sungurlu rayonunda bir vətəndaşın sümük parçaları tapmasından sonra 2015-ci ildə başlayan qazıntılar Çankırının Kızılırmak rayonunun Kemallı kəndi yaxınlığında davam edir.

Mineral Tədqiqat və Kəşfiyyat Baş İdarəsinin Şəhid Cuma Dağ Təbiət Tarixi Muzeyinin mütəxəssisləri tərəfindən 2015-ci ildən bəri fasilələrlə aparılan qazıntıların builki çöl tədqiqatları tamamlanıb.

MTA Ümumi Müdirliyi Şəhid Cuma Dağ Təbiət Tarixi Muzeyi Onurğalılar Paleontologiya Qrupu Baş Geologiya Mühəndisi Dr. Neşe Oyal builki qazıntılar zamanı yeni fosil parçaları tapdıqlarını bildirib.

Bölgədə təxminən 28 milyon il yaşı olduğu qiymətləndirilən nəhəng kərgədan qalıqlarının olduğunu xatırladan Oyal deyib: “Bu günə qədər ən böyük quru məməlisi olaraq bilinən nəhəng kərgədan qalıqlarının Anadoluda tapılması, insanlıq baxımından böyük əhəmiyyət kəsb edir”.

Maden Tetkik ve Arama Genel Müdürlüğünce (MTA) yürütülen “Müze Araştırma Projesi” kapsamında yapılan kazıda 28 milyon yıllık olduğu değerlendirilen dev gergedan fosiline ait yeni parçalar bulundu. ( MTA – Anadolu Ajansı )