“Nənəm bicdir – kündəni sayır, anam bicdir – kündədən kəsir” – Çörəyin bərəkəti qaçır…backend

“Nənəm bicdir – kündəni sayır, anam bicdir – kündədən kəsir” – Çörəyin bərəkəti qaçır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
65 qramlıq “Binə” çörəyinin çəkisi 628 qram gəldi. Eyni qiymətə satılan “Bakıxanov” dairəvi zavod çörəyinin çəkisi isə 624 qram oldu.
 İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib. 50 kq-lıq bir kisə unun topdansatış qiyməti – 35,9 manat, 500 q-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 50 qəpiyə, 650 q-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 65 qəpiyə olmalıdır. Amma alıcılar çörəyin qiyməti bahalaşsa da çəkisinin də azalmasından şikayət edirlər. Çörəyin çəkisi ilə bağlı tələblərə əməl edilib-edilmədiyini araşdırmaq üçün bir neçə ərzaq mağazasında araşdırma aparılıb.
“Flaqman” ərzaq dükanının qarşısında alıcılarbildirib ki, çörəyin çəkisi 650 qram olmalı olsa da, bu tələbə əməl edilmir. Ən yaxşı halda hazırda qiyməti 65 qəpiyə satılan çörəyin çəkisi 630 qram gəlir. Şahnaz Qurbanova adlı paytaxt sakini bildirib ki, çörəyin qiyməti artsa da çəkisi artmayıb:
“Çörəyin qiymətini artırıblar. Amma çəkisini yox. Dünən aldığım 65 qəpiklik çörək 617 qram gəldi. Çörək istehsalçıları bizə həm qiymətdə, həm də çəkidə kələk gəlirlər. Unun qiyməti artıb deyə çörəyi də bahalaşdırdılar. Amma çəkisini qaldırmayıblar”.
Çörəyin qiyməti - Sputnik Azərbaycan, 1920, 07.01.2022
Nəzirə adlı paytaxt sakini isə 50 qəpiklik çörəyin çəkisinin 450 qram ancaq gəldiyini söyləyir. İstehlakçı deyir ki, çörəyin qiyməti bahalaşsa da çəkisinə nəzarət edən yoxdur:
“Mağazaya irad bildirəndə də deyirlər ki, çörəyi zavoddan alırlar. Zavodu hardan tapıb şikayət edək? Gərək dövlət nəzarət etsin. İndi ki qiymət yüksəkdir, bəs çəkisi niyə aşağıdır?”.
Araşdırmalar zamanı da istehlakçıların şikayətlərində haqlı olduqları üzə çıxıb.
“Spar” marketdə 650 qramlıq “Binə” dairəvi çörəyin tərəzidə çəkisi 628 qram gəldi. Eyni qiymətə satılan “Bakıxanov” dairəvi zavod çörəyinin çəkisi isə 624 qram oldu.
Digər məhəllə marketlərdə də satılan çörəklərin çəkisi aşağı oldu. 65 qəpiklik “Bərəkət” çörəyinin çəkisi tərəzidə 615 qram, eyni müəssisənin istehsalı olan 50 qəpiklik çörəyin çəkisi isə tərəzidə 495 qram oldu.
Üzərində hansı müəssisənin istehsalı olduğu göstərilməyən 65 qəpiklik daha bir çörəyin isə çəkisi cəmi 505 qram idi.
Çörəyin qiyməti - Sputnik Azərbaycan, 1920, 07.01.2022
Çörəyin çəkisinin Dövlət Xidmətinin müəyyən etdiyi çəkidən az olduğunu çörk zavodlarından da təsdiqlədilər.
“Binə” çörək zavodunun Qasım adlı əməkdaşı açıqlamasında bildirdi ki, 65 qəpiklik zavod çörəkləri hazırda 630 qram çəkidədir. 50 qəpiklik çörək isə bahalaşmadan sonra satışa verilməyib.
İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirdilər ki, vətəndaşlar çörəyin göstərilən çəkidən az olduğu faktını aşkarlayarlarsa bu barədə quruma şikayət edə bilərlər:
“50 kq-lıq bir kisə unun topdansatış qiyməti – 35,9 manat, 500 q-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 50 qəpiyə, 650 q-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 65 qəpiyə satılmalıdır. İstehlakçılar un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər: əlaqə telefonu: (+99412)-599-76-00”.
Qurumdan doğranmış çörəklərin çəkisinin müəssisələr tərəfindən müəyyənləşdirildiyini bildirdilər.
Çörəyin qiyməti - Sputnik Azərbaycan, 1920, 07.01.2022
Dövlət qurumu qiyməti müəyyənləşdirdi
Qeyd edək ki, yeni ildən çörəyin qiyməti ölkəmizdə bahalaşıb. İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib. Bu barədə qurum açıqlama yayıb.
Məlumatda deyilir ki, son dövrdə dünyada baş verən iqtisadi proseslərin və COVİD-19 pandemiyasının təsirləri, 2021-ci il ərzində dünya bazarlarında ərzaqlıq buğdaya tələbin artması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə həyata keçirdiyi müxtəlif proteksionist tədbirlər fonunda ərzaqlıq buğdanın qiyməti kəskin artıb.
Əlavə olaraq, ən böyük ərzaqlıq buğda istehsalçılarından biri və Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiyanın ötən ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən ölkəmizə idxal olunun ərzaqlıq buğdanın qiymətində 2019-cu illə müqayisədə təxminən 58% artım baş verib.
Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. Ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədi ilə hökumətin ayırdığı böyük subsidiyalar hesabına buğda və unun qiymətləri real qiymətlərdən aşağı saxlanılıb. Təbii olaraq, subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün deyil.
Çörəyin qiyməti - Sputnik Azərbaycan, 1920, 07.01.2022
Nəticədə cari ilin əvvəlindən etibarən ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri unun qiymətini ərzaqlıq buğdanın hazırkı idxal qiymətinə uyğunlaşdırıb. Satış bazarında qiymət manipulasiyalarına yol verilməməsi məqsədi ilə preventiv tədbir olaraq, Dövlət Xidməti bir sıra iri ərzaqlıq buğda idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə müzakirələr aparıb və prosesin nəzarətdə saxlanılması təmin edilib.
Belə ki, idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşıb, un və çörək istehsalçıları ilə qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti – 35,9 manat, 500 q-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 50 qəpik, 650 q-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti – 65 qəpik. Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirir. İlk günlərin monitorinqlərinin nəticələrinə əsasən, unun topdansatış qiyməti 35,4- 35,9 manat arasında dəyişir. sputnik.az