Nigeriya ordu ilə Çevik Polis Qüvvələri arasında qarşıdurmaların yaşandığı Sudandan 3500 vətəndaşını təxliyə edəcək.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nigeriya hökuməti Sudandakı Nigeriya vətəndaşlarının təxliyəsi təşəbbüsü ilə çıxış edib.
Hokumət vətəndaşların avtobuslarla Misirin paytaxtı Qahirəyə çatdıqdan sonra təyyarə ilə Nigeriyaya gətiriləcəyini bildirib.
Nigeriyanın xarici işlər naziri Geoffrey Onyeama Sudanda davam edən qarşıdurmada həyatını itirən nigeriyalı olmadığını bildirib.
Onyeama, Sudandakı vətəndaşlarının təxliyyəsində tələbələrə və qadınlara üstünlük veriləcəyini bildirib.