Nigeriyada 7 silahlı dəstə üzvü zərərsizləşdirilibbackend

Nigeriyada 7 silahlı dəstə üzvü zərərsizləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın Zamfara əyalətində silahlı dəstələrə qarşı keçirilən əməliyyatlarda 7 dəstə üzvü öldürülüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Nigeriya Müdafiə Nazirliyinin Media əməliyyatları direktoru Musa Danmadami ordunun Zamfara əyalətinin Zurmi bölgəsində silahlı dəstə üzvlərinə qarşı əməliyyatlar keçirdiyini bildirib.

Danmadami əməliyyatlar zamanı 7 dəstə üzvünün zərərsizləşdirildiyini, 2 dəstə üzvünün isə ələ keçirildiyini qeyd edib.

Əməliyyatlarda silahlı dəstənin sığınacaqlarının dağıdıldığını bildirən Danmadami, dəstə üzvlərinə məxsus 7 motosiklet, 2 silah və mühüm sursatın ələ keçirildiyi barədə məlumatı vurğulayıb.

Qeyd edək ki, Zamfara əyaləti artıq 5 ildir ki, silahlı dəstə üzvlərinin hücumları ilə üzləşir.

Hökumət artan təhlükəsizlik problemləri səbəbiylə tutulan silahlı dəstə üzvlərinin mühakimə olunacağını bəyan etmişdi.