Nigeriyada difteriya epidemiyası yayılmaqda davam edirbackend

Nigeriyada difteriya epidemiyası yayılmaqda davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada yayılmağa davam edən difteriya epidemiyasına yoluxanların sayı 9 min 500-ə çatıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamaya görə, 1 yanvar – 19 oktyabr tarixləri arasında difteriya 20 ştatın 137 rayonunda, eləcə də paytaxt Abucada yayılmağa davam edib.

Bu müddət ərzində 15 min 60 şübhəli difteriya hadisəsi qeydə alınıb və 9 min 478-in analizlərinin nəticəsi müsbət olub.

NCDC Direktoru Dr. Ifedayo Adetifa, təsdiqlənmiş halların 71,5 faizinin 1-14 yaş arasında olduğunu, körpələrin isə bir faizdən az olduğunu söylədi.

Adetifa qeyd edib ki, epidemiyanın episentri olan Kano əyalətində ən çox yoluxma 7 min 747 ilə, Yobe əyalətində isə 841 hadisə ilə ikinci yerdədir.

Səhiyyə və sosial təminat naziri Məhəmməd Pate qeyd edib ki, ölkənin 19 ştatında difteriyaya yoluxmuş uşaqların 98 faizi peyvənd olunmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Nigeriyada difteriya hallarının artması səbəbindən epidemiyanın ikinci dalğasının olduğunu təsdiqləyib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) epidemiya ilə mübarizə çərçivəsində sentyabr ayında bu ölkəyə 9,3 milyon doza vaksin göndərib.

Burun qızdırması olaraq da bilinən difteriya “corynebacterium diphtheriae” adlı mikroorqanizm boğaz, burun, göz və dəridə yerləşdiyi zaman meydana gəlir. Yoluxucu xəstəlik ölümlə nəticələnə bilər.