Nigeriyada heyvandan insana keçən və ölümlə nəticələnə bilən Lassa qızdırması epidemiyasında bu il həyatını itirənlərin sayı 151-ə yüksəlib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) məlumatına görə, Lassa epidemiyası 26 ştata, eləcə də paytaxt Abucaya yayılmağa davam edib.
Yanvar ayından bu yana ölkədə 4555 şübhəli Lassa qızdırması halı qeydə alınıb və onlardan 869-da aparılan analizlər müsbət çıxıb.
Epidemiya səbəbiylə həyatını itirənlərin sayının 151-ə yüksəldiyi qeyd edilən açıqlamada ölənlərin çoxunun uşaq olduğu paylaşılıb.
Nigeriya hökuməti fevralın əvvəlində Lassa qızdırması epidemiyasına görə “fövqəladə vəziyyət” elan edib.
Hər il quraq dövrün yaşandığı noyabr-may dövründə artan Lassa qızdırması epidemiyasında 2022-ci il yanvarın 1-dən noyabrın 20-dək 989 hadisə aşkarlanıb, 178 nəfər ölüb.