Nigeriyada menenjit epidemiyasında ölənlərin sayı 124-ə çatıbbackend

Nigeriyada menenjit epidemiyasında ölənlərin sayı 124-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyada menenjit epidemiyasında ölənlərin sayı 124-ə çatıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Son bir həftədə 297 menenjit hadisəsinin aşkar edildiyi, epidemiya səbəbiylə 6 nəfərin öldüyü bildirilib.

Yanvar ayından etibarən ölkənin paytaxtı Abuca ilə yanaşı 22 əyalətə yayılan epidemiyada yoluxma sayının 532-yə çatdığı, epidemiya nəticəsində həyatını itirənlərin sayının isə 124-ə yüksəldiyi bildirilib.

Nigeriya hökuməti 2030-cu ilə qədər xəstəliyi məğlub etmək üçün qlobal hədəfə sadiq olduğunu açıqlayıb.

Beyindən başlayaraq bütün bədəni təsir edən menenjit hava yolu ilə də keçə bilər.