Bu il Nigeriyada menenjit epidemiyasında həyatını itirənlərin sayı 118-ə yüksəlib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamada, yanvarın 1-dən paytaxt Abuca ilə yanaşı, 22 ştatda da menenjit epidemiyasının yayılmağa davam etdiyi bildirilib.
Bu müddət ərzində 1479 şübhəli menenjit hadisəsinin görüldüyü və testlərin 235-nin müsbət çıxdığı bildirilib.
Epidemiya nəticəsində həyatını itirənlərin sayının 118-ə yüksəldiyi, xəstəlikdən ən çox təsirlənən yaş qrupunun isə 5-14 yaş olduğu bildirilib.
Nigeriya hökuməti isə 2030-cu ilə qədər xəstəliyi məğlub etmək üçün qlobal hədəfə sadiq olduğunu açıqlayıb.
Beyindən başlayaraq bütün bədəni təsir edən menenjit hava yolu ilə də keçə bilər.