Nigeriyada silahlı hücum nəticəsində 9 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, silahlı dəstə üzvləri ötən gecə Kaduna əyalətinin Zanqon Kataf bölgəsindəki Ruji və Atakjeh kəndlərinə hücum ediblər.
Hücumda 9 nəfər həyatını itirib, 3 nəfər yaralanıb.
Atakjeh kəndində vəziyyətin çox gərgin olduğunu bildirilib.
Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində terror təşkilatları Boko Haram və ISWAP, eləcə də silahlı dəstələrin hücumları ilə üzləşib.
Qeyd edək ki, ötən ay Kaduna əyalətinin Zanqon Kataf bölgəsində baş verən hücumda 15 nəfər həlak olub.