Nigeriyanın Enuqu əyalətində yol qəzasından sonra baş verən yanğında 18 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Aba-Abia şosesində sement daşıyan yük maşını sərnişin avtobusuna çırpılıb.
Qəzadan sonra yanğın baş verib və 18 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.
Ölənlərin sayının artacağı ehtimal olunur.