Nurlan Növrəsli boşanıb, ikinci dəfə evlənirbackend

Nurlan Növrəsli boşanıb, ikinci dəfə evlənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə ailə həyatı qurmağa hazırlaşır.

İnterpress.az xəbər verir ki, bu barədə müğənni “Özəl” proqramında deyib. O, boşandığını da ilk dəfə açıqlayıb:

“Yeni toy gözlənilir. O ailəlik həyatı baş tutmadı, mən ayrıldım. Bu, normaldır, gizlətmək lazım deyil. Müəyyən məqamlar buna səbəb oldu. İkinci dəfə toy olacaq”.

Qeyd edək ki, N.Növrəsli 2018-ci ilin dekabrında Nevin adlı xanımla ailə həyatı qurmuşdu. O, “dərviş toyu” etmişdi.