Nyu-Dehlidə havanın çirklənməsi səbəbindən binaların sökülməsi və tikilməsi qadağan edilibbackend

Nyu-Dehlidə havanın çirklənməsi səbəbindən binaların sökülməsi və tikilməsi qadağan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın paytaxtı Nyu-Dehli şəhərində rekord hava çirkliliyinə görə binaların tikintisini və sökülməsini qadağan edib.

Bu barədə ANI agentliyi məlumat yayıb.

Bildirilib ki, Nyu-Dehlidə havanın keyfiyyət indeksi orta hesabla 407 təşkil edib – şəhər şəraitində təmiz havanın dərəcəsi isə 0-dan 50 vahidə qədərdir.

Havanın keyfiyyətinin idarə edilməsi üzrə komissiyanın təmsil olunduğu meriya binaların tikintisinə və sökülməsinə qadağa qoyulması barədə göstəriş verib. Bundan əlavə, 3,5 milyon əhalisi olan şəhər sakinlərinə şəxsi nəqliyyatdan istifadə etməmək və mümkünsə evdən işləmək tövsiyə olunub.

Eyni zamanda, administrasiya sakinlərdən isitmə üçün kömürdən istifadəni müvəqqəti dayandırmağı xahiş edib. Belə ki, gecə Hindistan paytaxtında temperatur + 12 dərəcəyə düşür.