Gürcüstanın Kaxeti bölgəsində yetkinlik yaşına çatmayan iki qız uşağına qarşı cinsi təcavüz törədilib.
İnterpress.az xəbər verir ki, cinsi zorakılığa məruz qalmış qız uşaqları 12 və 14 yaşlarındadır.
12 yaşlı qıza ögey atasının təcavüz etdiyi iddia edilir. 14 yaşlı qıza isə öz doğma atasının cinsi zorakılıq göstərdiyi bildirilir. Məsələ ilə bağlı məktəb direktoru hüquq mühafizə orqanları əməkdaşlarını məlumatlandırıb.
Təqsirləndirilən şəxslərin saxlanıldığı bildirilir. Faktla bağlı Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 137-ci maddəsi (yetkinlik yaşına çatmayan şəxsi zorlama) əsasında istintaq başladıb.