“Ölkədə siyasi vəziyyət hər an dəyişə bilər“ – Erməni nəşribackend

“Ölkədə siyasi vəziyyət hər an dəyişə bilər“ – Erməni nəşri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan əhəmiyyətli geosiyasi hadisələrin mərkəzindədir. Qarabağ müharibəsi nəticəsində bölgədə qüvvələr balansı dəyişib, yeni reallıqlar qaçılmazdır. Aydındır ki, Ermənistan məğlub olduqdan sonra Azərbaycan və Türkiyə regional məqsədlərinə çatmaq üçün hər cür səy göstərəcəklər. İlk növbədə, qondarma “Zəngəzur Dəhlizi”nin açılması və buna uyğun olaraq Türkiyənin Ermənistana təsir etməsi və s”.

Yenisabah.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb.

Erməni nəşri daha sonra təhlilinə bunları əlavə edib:

“Erməni xalqına bəla gətirən, keçmişi silən, bu günü məhv edən və gələcəyi şübhə altına alan hakimiyyət orqanları vəzifələrini davam etdirdikləri müddətcə Ermənistan alçaldılmış və səssiz vəziyyətdə ola bilər:

Nikol Paşinyan istənilən məqamda bəyan edir ki, seçkilər nəticəsində ölkədəki daxili siyasi böhran, müxalifətin hakimiyyət dəyişikliyi uğrunda mübarizə aparmasının mənasız olub. Ancaq unutmamalıyıq ki, hər bir seçki yekun hökm deyil, davam edən siyasi prosesdir və ictimai rəy həmişə dəyişkəndir.

Ölkədəki vəziyyət həddindən artıq şəkildə pisləşdikdə cəmiyyətin əksəriyyətinin mövqeyinin kəskin şəkildə dəyişəcəyi ehtimalı yüksəkdir. Deməli, mümkün daxili siyasi proseslər hələ qabaqdadır. Daxili siyasi böhran həll olunmayıb, amma indi müxalifətin üzərinə böyük məsuliyyət düşür, çünki hakimiyyət artıq dövlətin maraqları üçün səy göstərə bilmir. Ona görə də ölkənin gələcəyi üçün müxalifət qüvvələrinin mübarizə aparmaq amili qalır. Amma müxalifət sahəsindəki qüvvələr nizamsız və dağınıq hərəkət etsələr, çətin ki, ölkədəki vəziyyəti dəyişsin”.