“Ölkəmizə qarşı yönəlmiş bu alçaqca hücumun arxasında dayananlar bilməlidir ki…”backend

“Ölkəmizə qarşı yönəlmiş bu alçaqca hücumun arxasında dayananlar bilməlidir ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə olunan xain hücumun qarşısını alarkən səfirliyin mühafizə xidmətinin rəisi şəhid olub, iki nəfər mühafizə əməkdaşı isə yaralanıb”.

İnterpress.az xəbər verir ki, bunu YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib.

“Ölkəmizə qarşı yönəlmiş bu alçaqca hücumun arxasında dayananlar bilməlidir ki, Azərbaycan dövləti və xalqı kimlikləri xurafatdan, cahillikdən və satqınlıqdan yoğrulmuş qüvvələrə qarşı hər zaman mübarizə aparıb, bu mübarizələrdən də hər dəfə qalib çıxıb. Bu dəfə də belə olacağına heç şübhə duymasınlar! Allah şəhidimizə rəhmət etsin!”, – o əlavə edib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisini qətlə yetirilib, səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.