Onun topu 64 min dollara satılırbackend

Onun topu 64 min dollara satılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur qolfçu Tayqer Vudsun 1997-ci ildə Masters turnirində 9 yaşlı uşağa hədiyyə etdiyi qolf topu hərracda 64 min dollardan çox alıcı tapıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Martın 27-də 500 dollarlıq ilkin təkliflə hərraca çıxarılan top, hərrac dünən bitdiyi üçün 64 min 124 dollara satılıb.

Qeyd edək ki, 1997-ci ildə Masters Woodsun ilk böyük titulu olub və onu Masters-ı qazanan ən gənc oyunçu edib.

Sözügedən çempionat Vudsun karyerasını müəyyənləşdirib.

Golden Age hərrac evi topun finaldan qalan yeganə top olduğunu açıqlayıb.