Sudanda ordu və Çevik Polis Qüvvələri 72 saatlıq yeni atəşkəs haqqında qərar qəbul edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Amerika Birləşmiş Ştatların vasitəçiliyi ilə humanitar yardım dəhlizlərinin açılması, vətəndaşların və sakinlərin gediş-gəlişinin asanlaşdırılması, xəstəxanalara və təhlükəsiz bölgələrə çatdırılması, diplomatik nümayəndəliklərin boşaldılması üçün gecə yarısından etibarən 72 saatlıq humanitar atəşkəs qərarı verilib.
Məlumatda polisin əcnəbilərin və diplomatik nümayəndəliklərin ölkədən təhlükəsiz çıxışını təmin etmək üçün əməkdaşlığa hazır olduğu bildirilib.
Elan edilən atəşkəs dövründə buna əməl ediləcəyi qeyd edilib: “Qarşı tərəfi davam edən pozuntulara qarşı xəbərdar edirik. atəşkəs rejiminə əməl edilməməsi səbəbindən”.
Hərbçilər ordunun ABŞ-ın vasitəçiliyi ilə 3 günlük atəşkəsi qəbul etdiyini bildirib.
Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə polis arasında silahlı toqquşmalar baş verib.
Qarşıdurmalarda 427 nəfərin öldüyü, 3700 nəfərin yaralandığını açıqlanıb.