Qoşulmama Hərəkatı Gənclər Təşkilatının rəhbəri Orduxan Qəhrəmanzadəyə ağır itki üz verib.
İnterpress.az xəbər verir ki, onun nənəsi Raya Əliyeva vəfat edib.
O, 82 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib.
İnterpress.az-ın kollektivi mərhuma Allahdan rəhmət, ailəsinə və əzizlərinə isə başsağlığı verir.
Qeyd edək ki, yas mərasimi 19 avqust saat 11:00 – da Heydər Məsçidində keçiriləcək.