Özbəkistan və Rusiya miqrantların hüquqlarının müdafiəsi ilə bağlı RAZILIĞA GƏLDİbackend

Özbəkistan və Rusiya miqrantların hüquqlarının müdafiəsi ilə bağlı RAZILIĞA GƏLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan və Rusiya miqrantların hüquqlarının müdafiəsini gücləndirmək barədə razılığa gəliblər.

İnterpress.az xəbər verir ki, bu barədə əmək miqrasiyası və miqrantların hüquqlarının müdafiəsi üzrə Özbəkistan-Rusiya idarələrarası işçi qrupunun aprelin 28-29-da Moskvada keçirilən ilk iclasında məlum olub.

Özbəkistan və Rusiya Federasiyasının Baş Prokurorluqları əmək miqrantlarının hüquqlarına riayət olunmasını xüsusi nəzarətə götürüb.

Tərəflər miqrasiya sahəsində mövcud vəziyyəti müzakirə edib, problemli məsələləri müəyyənləşdirib və onların həlli yollarını araşdırıblar.

İclasın yekununda qərarları əks etdirən protokol imzalanıb.

Xuraman Etibarlı

İnterpress.az