Özəlləşdirmə çekləri ilə bağlı artan gözləntilər: “Dövlət tərəfindən addımlar atılmalıdır”backend

Özəlləşdirmə çekləri ilə bağlı artan gözləntilər: “Dövlət tərəfindən addımlar atılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda özəlləşdirmə paylarının (vauçerlərin) paylanmasına  1997-ci ilin martından başlanması hər kəsə məlumdur. Hər bir vətəndaşa bu çeklərdən paylansa da, zamanında əksər insanlar bu şansdan yararlana bilmədi. Bunun səbəbi isə vətəndaşların aldadılması, çekin əhəmiyyəti barədə ətraflı məlumatların verilməməsi idi. Nəticədə bir çox çek sahibləri əllərində olan çekin dəyərini anlamadan qara bazarda ucuz qiymətə satdılar. Lakin indiki dövrümüzdə sahib olduğu çekləri qoruyanların sayı da az deyil. Bu şəxslər hüquqlarının bərpa olunmasını haqlı olaraq tələb edirlər.

Məlumat üçün qeyd edək ki, yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu”nun üzvü  və çek sahibi olan müharibə veteranlarının siyahısı da tutulur:

https://www.facebook.com/groups/668471343515846/permalink/1898675083828793/?sfnsn=mo&ref=share&mibextid=afzh1R

Yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət ilə isə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

Mövzu ilə bağlı  sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov İnterpress.az-a açıqlamasında bildirib ki, çeklərlə bağlı məsələnin aktuallığı bu problemin tezliklə həll edilməsini zəruri edir:

“Özəlləşdirmə çekləri ilə bağlı problemin həllinin uzanması vətəndaşı dövlətindən narazı qalmasına yol açır. Nəzərə almaq lazımdır ki, bu gün minlərlə insan uzun illərdir əllərində saxladıqları çeklərin taleyinin həll ediləcəyi günü gözləyir. Çeklərlə bağlı problemin həllinə mane olan qüvvələr bilməlidirlər ki, vətəndaşlar öz haqqlarını bərpa etmək üçün asanlıqla beynlxalq məhkəməyə müraciət edə bilərlər. Özəlləşdirmə çeklərinin yenidən tədavülü dövlətin öhdəliklərinə aid olan bir məsələdir. Ona görə də dövlət bu məsələnin çözülməsi istiqamətində addımlar atmalıdır. Bildirim ki, Əmlak Komitəsinin 1997-ci ildəki 222 N-li əmrinə görə, bir əmlak payına düşən mülkiyyətin dəyəri ən azı 2000 dollar civarında hesablanıb. İnfilyasiyanı nəzərə alsaq, hazırda bu qiymət fərqli olmalıdır. Çünki o vaxtla müqayisədə indi əmlakların qiyməti və kriteriyalar dəyişib. Özəlləşdirmə çeklərinin cari real qiymətləri nəzərə alınmaqla, dövlət tərəfindən vətəndaşların hüquqları bərpa olunmalıdır”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, Consulting“VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc isə öz növbəsində qeyd edib ki, tarixi sosial ədaləti bərpa etmək naminə dövlət tərəfindən addımlar atılmalıdır:

“Özəlləşdirmə çekləri paylanan dövrdə vətəndaşlaırn iqtisadi bilikləri çox aşağı idi. Buna görə də onlar vauçerlərin əhəmiyyətini də yaxşı anlaya bilməmişdilər. Lakin bu gün hüququnu bilən vətəndaşların sayı kifayət qədərdir və onlar haqlı olaraq saxladıqları çeklərdən səmərəli istifadəyə şərait yaradılmasını istəyirlər. Məlumdur ki, özəlləşdirmə çekləri lə bağlı məsələdə birbaşa dövltin mövqeyi vacibdir. Ümid edirəm ki, tezliklə bu problem öz həllini tapacaq. Özəlləşdirmə çeklərindən iqtisadiyyatda səmərəli istifadə olunması arzuolunandır. Bir şərtlə ki, əvvəlki dövrdəki kimi bəzi məmurlar vəziyyətdən sui-istifadə etməsinlər, dövlət tərəfindən şəffaflıq tam təmin olunsun. Vətəndaşlara məsləhət görərdim ki, sahib olduqları çekləri qoruyub saxlasınlar  və kiməsə ucuz qiymətə satmasınlar ”.