Özünü prokurora yaxın şəxs kimi tanıdaraq külli miqdarda pulu ələ keçirən qadın saxlanıldıbackend

Özünü prokurora yaxın şəxs kimi tanıdaraq külli miqdarda pulu ələ keçirən qadın saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Prokurorluğunun Baş Müfəttişliyinin əməkdaşları külli miqdarda pulu dələduzluq yolu ilə mənimsəmək faktı üzrə bir nəfəri saxlayıblar.

İnterpress.az xəbər verir ki, saxlanılan şəxs prokurorluğun əməkdaşı və Gürcüstanın baş prokuroruna yaxın adam olduğunu iddia edib.

“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs zərərçəkmişlərlə müxtəlif şəxslərin adları ilə əlaqə saxlayıb, guya onun ailə üzvlərinin tikinti şirkətinin sahibi olması barədə uydurma və yalan məlumatlar verib, zərərçəkmişlərə bazar qiymətindən xeyli aşağı qiymətə, xüsusilə Tbilisi və Batumidə tikilməkdə olan yaşayış mənzilləri və ticarət obyektləri vəd edib. Nəticədə o, dələduzluq yolu ilə bir neçə zərərçəkmişə məxsus 295 650 lari və 135 000 ABŞ dolları məbləğində pulu ələ keçirib.

Həmçinin, təqsirləndirilən şəxs vətəndaşların etimadını qazanmaq üçün saxta yolla prokuror statusundan istifadə edib, müxtəlif vaxtlarda müxtəlif şəxslərə özünü Gürcüstanın baş prokuroruna yaxın şəxs kimi tanıdıb.

Cinayəti törədən şəxs Tbilisi Şəhər Məhkəməsinin qərarı əsasında Baş Müfəttişliyin əməkdaşları tərəfindən saxlanılıb və ona qarşı külli miqdarda pul vəsaitini qanunsuz mənimsəmə faktı üzrə cinayət işi açılıb. Cinayət altı ildən doqquz ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Cinayət işi üzrə istintaq davam edir.