Pakistan və ABŞ əməkdaşlığını artırırbackend

Pakistan və ABŞ əməkdaşlığını artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan və ABŞ təlim və əməliyyat sahələrində hərbi əlaqələri daha da sadələşdirmək barədə razılığa gəliblər.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Pakistan Hərbi Hava Qüvvələri komandanı general Zahir Əhməd Baber Sidhu paytaxt İslamabadda rəsmi səfəri çərçivəsində bu ölkədə olan ABŞ Hərbi Hava Qüvvələri Əməliyyatlar Komandanı general-mayor Aleksus Qrinkeviç ilə görüşüb.

Görüş zamanı regional təhlükəsizlik, müdafiə və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

General Sidhu iki ölkənin səmimi münasibətlərindən məmnun olduqlarını bildirib və ABŞ ilə mövcud ikitərəfli əməkdaşlığı daha da artırmaq əzmində olduqlarına diqqət çəkib.

ABŞ general-mayoru Qrinkeviç Pakistanın regional sülhə və İslamabadla müxtəlif sahələrdə əməkdaşlığın artırılmasına verdiyi töhfəni yüksək qiymətləndirdiklərini vurğulayıb.

Sidhu və Qrinkeviç təlim və əməliyyat sahələrində hərbi əlaqələrin daha da təkmilləşdirilməsi barədə razılığa gəliblər.