Pakistanda ərzaq paylama möhürü: 11 nəfər ölübbackend

Pakistanda ərzaq paylama möhürü: 11 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Kəraçi şəhərində fabrik işçilərinə pulsuz ərzaq paylanması zamanı yaranan izdihamda 11 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Pakistanın Karaçi şəhərinin Site rayonundakı bir fabrik işçilərin ailələrinə pulsuz ərzaq paylanacağını açıqlayıb.

Qida məhsulları olan bağlamanın paylanmasında təhlükəsizlik tədbirləri görülmədiyi üçün izdihamda 8-i qadın, 3-ü uşaq olmaqla 11 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.

Polis paylamanı təşkil edən 7 nəfəri saxlayıb.

Martın 27-də Hayber Paxtunxva və Pəncab əyalətlərində hökumətin pulsuz payladığı un səbəbindən 2-si qadın olmaqla 7 nəfər izdihamda həlak olub.