Pakistanda güclü yağışlar nəticəsində ölənlərin sayı 8-ə çatıbbackend

Pakistanda güclü yağışlar nəticəsində ölənlərin sayı 8-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 8-ə çatıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətində dünən başlayan şiddətli yağışdan sonra dolu yağıb.

Yağışların daşqınlara və qəzalara səbəb olduğu Bəlucistanın müxtəlif bölgələrində daha 3 nəfər ölüb.

Bəlucistanın Huzdar, Lasbela, Keç, Kila Seyfullah, Kohlu və Çaman bölgələrində can itkisi qeydə alınıb.

Güclü yağışlar da çoxlu təsərrüfat heyvanları tələf olub.

Daha əvvəl Bəlucistanın müxtəlif bölgələrində yağışların səbəb olduğu daşqınlar və qəzalar nəticəsində 5 nəfərin həyatını itirdiyini açıqlanıb.