Pakistanda həftəsonundan bu yana davam edən şiddətli yağışların səbəb olduğu qəzalarda 14 nəfər həyatını itirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Pakistanın müxtəlif bölgələrində 3 gün əvvəl başlayan yağışların səbəb olduğu qəzalarda 9-u turist olmaqla 14 nəfər həyatını itirib.
Polis, 9 turisti daşıyan avtomobilin Pakistanın Azad Kəşmir bölgəsindəki Neelam vadisində çaya düşdüyünü, turistlərin uzun müddət davam edən axtarış-xilasetmə işlərində tapılamadığını və ümidlərin itdiyini ifadə edib.
Güclü yağışlar səbəbindən baş verən hadisələrdə ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində 4 nəfər, Sind əyalətinin mərkəzi Kəraçidə isə uşaq ölüb.
Pakistanın baş naziri Şahbaz Şərif təbii fəlakətə yardım qruplarını və yol idarələrini mümkün sürüşmələrə qarşı ayıq olmağa çağırıb.
Ölkənin bəzi yerlərində leysan yağışlarının həftə ərzində davam edəcəyi gözlənilir.
Ötən il Pakistanda baş verən daşqınlarda 1739 nəfər həyatını itirib, 33 milyon insan isə təbii fəlakətdən zərər çəkib.