Pakistanın Svat bölgəsində polis məntəqəsində baş verən partlayış nəticəsində ən azı 12 polisin öldüyü, 60-dan çox adamın yaralandığı bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Pakistan Terrorla Mübarizə Bölməsinin binasındakı partlayışların sursat anbarında baş verdiyi qeyd edilib.
Yerli mənbələrə danışan polis rəsmiləri partlayışın şiddəti nəticəsində polis idarəsinin tamamilə dağıldığını və ilk təsbitlərə görə ən azı 12 polisin öldüyünü, 60-dan çox adamın isə yaralandığını bildirib.