Pakistanda toqquşmalarda 5 silahlı zərərsizləşdirilibbackend

Pakistanda toqquşmalarda 5 silahlı zərərsizləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda toqquşmalarda 5 silahlı zərərsizləşdirilib.

Bu barədə İnterpress.az xarici KİV-ə istinadən xəbər verir.

Pakistanın Şimali Vəziristan və Cənubi Vəziristan bölgələrində baş verən qarşıdurmada təhlükəsizlik qüvvələri 5 silahlını zərərsizləşdirib.

Pakistan ordusundan verilən açıqlamada təhlükəsizlik qüvvələrinin Şimali Vəziristan və Cənubi Vəziristan bölgələrində ayrı-ayrı əməliyyatlar həyata keçirdiyi bildirilib. Toqquşmalarda 5 yaraqlının zərərsizləşdirildiyi bildirilib.

Pakistan ordusunun bəyanatında yaraqlıların hansı təşkilata mənsub olduğu barədə məlumat paylaşılmayıb.

Martın 8-də Şimali Vəziristanda 9 yaraqlı zərərsizləşdirilib.