Pakistanın keçmiş baş naziri İmran Xanla bağlı iki ayrı həbs qərarı verilibbackend

Pakistanın keçmiş baş naziri İmran Xanla bağlı iki ayrı həbs qərarı verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda keçmiş baş nazir İmran Xanla bağlı iki həbs qərarı çıxarılıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

İslamabad Rayon Məhkəməsində İmran Xanın baş nazir olduğu müddətdə xarici yüksək vəzifəli şəxslərdən hədiyyələr almaqda və qadın hakimi hədələməkdə ittiham olunduğu iki iş üzrə dinləmələr keçirilib.

Hər iki məhkəmə iclasda iştirak etməyən İmran Xan haqqında ayrıca həbs qərarı çıxarıb.

Məhkəmənin qərarından sonra İslamabad Polis Departamentindən bir qrup Xanı saxlamaq üçün helikopterlə Lahora gedib.

Digər tərəfdən, Xan aprelin 30-da Pəncab əyalətində keçiriləcək seçkilər üçün bu gün ilk mitinqini keçirmək üçün Lahordakı evini tərk edib.

İmran Xan qərara etiraz olaraq yuxarı instansiyalara müraciət edib və məhkəmə həbs qərarını martın 13-dək dayandırıb.