Paltaryuyan maşın mağazası bir səhvə görə 20 dəqiqə ərzində 4,2 milyon dollar İTİRDİ – FOTObackend

Paltaryuyan maşın mağazası bir səhvə görə 20 dəqiqə ərzində 4,2 milyon dollar İTİRDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində bir mağaza paltaryuyan maşınların qiymətindəki səhvə görə 20 dəqiqə ərzində 4,2 milyon dollar itirib. Onun etdiyi tək şey bir sıfır buraxmaq olub.

İnterpress.az xəbər verir ki, məşhur paltaryuyan maşın markası “Little Swan Dongshan” mallara səhvən aşağı qiymət qoyub. Bunun nəticəsində mağaza ciddi itkilərə məruz qaldıqdan sonra müştərilərdən sifarişləri geri çağırmağı xahiş edib.

“Görünməmiş endirimlər haqqında xəbər çinliləri o qədər şoka saldı ki, onlar sosial şəbəkələrdə yazmağa başladılar. Nəticədə çoxları dərhal 2-3 paltaryuyan maşın sifariş etdi.

Ucuz qiymətlərdən sevinən Çin sakinləri 40 mindən çox sifariş verdikdən sonra mağaza 4,2 milyon ABŞ dollar zərərlə üzləşib.

Araşdırma zamanı məlum olub ki, qalmaqallı vəziyyətin səbəbkarı səhvən qiymətləri müəyyən edən mağaza işçisidir”, – yerli media yazıb.

Şirkət artıq üzr istəyib və “anlaşılmazlıq səbəbindən ciddi səhvə yol verdiyini” bildirib.

“Biz etiraf edirik ki, xəta ajiotaj yaradıb və bazarı ciddi şəkildə pozub. On minlərlə sifariş və on milyonlarla yuan bizim üçün astronomik rəqəmlərdir. Bu vəziyyətdən təsirlənən hər kəsə səmimi qəlbdən acıyırıq”, – şirkətin bəyanatında deyilir.

Xuraman Etibarlı

İnterpress.az