Paralimpiya Oyunları: Nizəatmada Azərbaycan dünya rekordu qırıb, qızıl medal qazandı – FOTO/VİDEObackend

Paralimpiya Oyunları: Nizəatmada Azərbaycan dünya rekordu qırıb, qızıl medal qazandı – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Tokioda keçirilən Paralimpiya Oyunlarında yeddinci qızıl medalını qazanıb.bu dəfə qızıl medal atletikanın nizəatma növündə qeydə alınıb.

Həmid Heydəri 51.42 metr nəticə göstərməklə dünya rekordunu qırıb və qızıl medal qazanıb.

 

Bununla da bu gün mübarizəyə qatılan dörd idmançımızın hamısı birinci olub. Xatırladaq ki, daha əvvəl üç cüdoçumuz bu gün qızıl medal qazanmışdı.

Bu qızıl medalla komandamız medal sıralamasında Braziliya və Niderlandı keçərək iki pillə yüksəlib. Hazırda Azərbaycan yeddi qızıl və iki bürünc medalla yeddinci sırada qərarlaşıb.

Səbuhi Musayev