Parisdə azərbaycanlı qadınların əl işlərindən ibarət sərginin açılışı olubbackend

Parisdə azərbaycanlı qadınların əl işlərindən ibarət sərginin açılışı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın paytaxtı Paris şəhərində 8 mart beynəlxalq qadınlar günü münasibətilə azərbaycanlı sənətkar qadınlarının əl işlərindən ibarət sərginin açılışı olub.

Sərgi Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının, İnkişaf edən Millətlər Assosiasiyasının dəstəyi, Toğrul Nərimanbəyov Assosiasiyasının təşkilatçılığı ilə Parisin 5-ci rayonunun meriyasının tərkibində fəaliyyət göstərən Latın Məhəlləsinin İcma həyatı və Vətəndaş Evində baş tutub.

Sərgidə azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Sahib Əsədli, Təranə Seyid, Yeganə Hüseynova, Milana Kamıyeva, Nərminə Vəliyeva, Səidə Faqala-Haqverdi, Aysel Mirqasımova, Leyla Əliyeva, Elnarə Səfərova, Rəna Əmrahova, Yeganə Əsədova və azərbaycanlı fotoqraf Maya Bağırovanın əl işləri yer alıb.

Sərgi martın 18-dək davam edəcək.