Partiya sədrindən Əziz Səncərlə bağlı önəmli – Təklifbackend

Partiya sədrindən Əziz Səncərlə bağlı önəmli – Təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əziz Səncər həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər bir insan olaraq, Azərbaycan dərsliklərində olmalı, Azərbaycan gəncləri tərəfindən öyrənilməlidir”.

Bunu İnterpress.az-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Onun sözlərinə görə, bu məqamın 28 May tarixinə təsadüf etməsi və həmin tarixdə iki qardaş ölkə başçısının bir yerdə olması özü özlüyündə əlamətdar hadisədir:

“28 May tarixi Azərbaycan xalqı cumhuriyətini qurmağa müvəffəq olduğu bir tarihdir. Həmin tarixdən bu gün yüz dörd il keçsə də, həmin tarixi bir günün Azərbaycan və Türkiyə birlik və bərabərliyi ilə anılması sözün əsil mənasında qürurvericidir. Qardaş Türkiyənin daim Azərbaycanın yanında olmasını hiss etmək, bu qardaşlıq dəstəyini hər zaman hiss etmək Azərbaycan üçün çox dəyərlidir. Biz bu dəstəyi bu gün də hiss edirik.
Türkiyə-Azərbaycan qardaşlığı və birliyi xalqlarımız, eləcədə dövlətimiz üçün prearitet mövqe daşıyır. Azərbaycan və Türkiyə usanmadan bir birinə çətin gündə də, yaxşı günlərdə də dəstəklərini əsirgəmir. Bu dünya miqyasında analogu olmayan iki dövlət arasındakı münasibətlərin təzahürüdür.
Bu gün MDB ölkələri də, Qərb ölkələri də, ABŞ və digər önəmli beynəlxalq təşkilatlar da çox gözəl anlayır ki, Türkiyə və Azərbaycanın bir yerdə inamla addımlaması regionda sülh və barışın daimi olacağı deməkdir. Çünki Türkiyə Azərbaycan birliyi bölgədə sülhün və əminamanlığın garantıdır.

İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc, ruh yüksəliyi, inam verdi. Azərbaycan xalqı bu mənəvi dəstəyi heç vaxt unutmayacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından önəmli məqamlara toxundu: “Bölgədə yeni bir səhifə açmağın vaxtı çatıb. Hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir”.

Bu fikirlər birmənalı olaraq, bütün dünyaya verilən aydın mesaj idi.

Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdı. Eyni mənəzərənin biz 44 günlük Vətən müharibəsindən sonra keçirilən Zəfər Paradı zamanı şahidi olduq. Bunlar özü özlüyündə əvəzolunmaz birliyimizin təntənəsinin təzahürü idi. Tarixi Şuşa Bəyannaməsinin imzalanması isə Türkiyə və Azərbaycanı rəsmən müttəfiqlik zirvəsinə ucaltdı. Bu müttəfiqliyin tövhələrini bu gün biz hər yerdə, istənilən sahədə, siyasətdən, mədəniyyətə qədər ağlınıza gələn bütün sahələrdə görə bilirik.

Türk dünyasının fəxri hesab edilən, dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana gəlişi qürurvericidir.

30 il işğal altında torpağı olan bir dövlət olaraq, Əziz Səncər kimi bir ziyalı Türkün gənclərimizə örnək, nümunə olmasını mütləq şəkildə qeyd etmək lazımdır. Əziz Səncər həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər bir insan olaraq, Azərbaycan dərsliklərində olmalı, Azərbaycan gəncləri tərəfindən öyrənilməlidir. Hesab edirəm ki, bu gün Azərbaycan məktəblərində robotlaşma, programlaşma kimi əlavə dərslər keçirilməlidir. Gənclərdə ixtiralara həvəs oyatmaq lazımdır. Əziz Səncəri, Selçuk Bayraktarı kimi ziyalıları örnək çəkərək, gənclərimizin daha parlaq, daha elmli Azərbaycan yaratmağa tövhə verə biləcəklərinə inanmalıyıq”.