Paşinyan: Biz Ermənistanda ancaq iki işi cəld edirikbackend

Paşinyan: Biz Ermənistanda ancaq iki işi cəld edirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda tez bir zamanda ancaq 2 işi görə bilirik.

İnterpress.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan hökumətinin bugünkü iclasında deyib.

“Ermənistanda maşın sürərkən və nahar süfrəsi arxasında olanlar istisna olmaqla, hamımızın sürət problemi var. Qalan hər şeyi yavaş-yavaş edirik”, – Paşinyan deyib.

Onun sözlərinə görə, hakimiyyət də yavaş-yavaş hərəkət edir, fikirləşir, həm cinayət, həm də məhkəmə prosesləri ləng aparılır.

“Qərar qəbuletmə hərəkətlərimiz, vəziyyəti təhlil etmək və anlamaq qabiliyyətimiz, vəziyyətlərə reaksiya vermək mentalitetimiz də ləngdir”, – deyən Paşinyan xilasedicilərin də ləng olduğunu bildirib.

“Biz müasir dünyadan geri qalırıq, çünki biz ləng gedirik, həm qaçırıq, həm də yeriyirik, hər şeyi yavaş edirik”, – Paşinyan şikayətlənib.

Xuraman Etibarlı

İnterpress.az