“Paşinyan çox pis işlər görür”.
İnterpress.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyan deyib. O, aprelin 22-də məhkəməni tərk edərkən jurnalistlərin bu gün baş nazir Nikol Paşinyanın Tavuşun sərhədlərini təmizləyəcəyi ilə bağlı fikirlərini şərh edib.
“Paşinyan pis hərəkət edir. Bəli, bu prosesə qarşı Tavuş sakinləri ilə birgə mübarizə aparacağıq”, – Qasparyan bildirib.
Xuraman Etibarlı
İnterpress.az