Paşinyan təhlükəsizliyindən narahatdır: Sui- qəsd ehtimalı…backend

Paşinyan təhlükəsizliyindən narahatdır: Sui- qəsd ehtimalı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, baş nazir Nikol Paşinyanın şəxsi təhlükəsizliklə bağlı qorxuları sürətlə artır. Bildirilib ki, İkinci Qarabağ müharibəsindən sonra Paşinyan həm parlamentdə, həm də öz ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib. Məlumata görə, hətta parlementdə belə, onu güclü mühafizə dəstəsi mühafizə edir”.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Kənan Novruzov bildirib.

Onun sözlərinə görə, bundan əvvəl “Joqovurd” qəzetində də oxşar məzmunlu məqalə dərc edilmişdi:

“Əslində hökumət başçısının narahatlığı üçün ciddi səbəblər var. Ən əsas məqam Paşinyanın xüsusilə son vaxtlar Azərbaycanla sülh müqaviləsi və Qarabağla bağlı səsləndirdiyi fikirlərdir. O, artıq bir neçə dəfə Qarabağın Azərbaycan ərazisi olduğunu və sülh müqaviləsinə hazır olduğunu təsdiqləyib. Paşinyanın işi kifayət qədər çətindir. O başa düşür ki, ölkəsinin gələcəyi naminə Azərbaycanla sülh müqaviləsini imzalamalı və regional əməkdaşlığın təmin olunmasına çalışmalıdır. Üstəgəl, ABŞ da bu məsələdə maraqlıdır. İstisna deyil ki, Vaşinqton sülh müqaviləsinin imzalanması ilə bağlı İrəvana təzyiq göstərirlər. Hərçənd əvvəllər də dediyimiz kimi, Ağ ev bu məsələdə səmimi deyil və onu düşündürən öz maraqlarıdır”.

“Rusiya isə gərginliyin tamamilə sonlanmasında maraqlı deyil. Çünki Kreml Cənubi Qafqazdakı mövcudluğunu məhz Ermənistanın təxribatları sayəsində qoruya bilər. Qarabağdakı rus sülhməramlıları vasitəsilə Rusiya bölgədəki təsirini qoruya bilir. Əlbəttə, tərəflər arasında sülh müqaviləsi imzalansa sülhməramlılara ehtiyac olmayacaq. Ona görə də Paşinyanın Azərbaycanla bağlı loyal bəyanatları, yəqin ki, Moskvanı narahat edir. Həmçinin Avropa İttifaqı (Aİ) sülh “düyünlərin sonadək açılmasında” maraqlı deyil”, – ekspert əlavə edib.