Erməni jurnalistlər Ermənistanın hakim partiyasına məxsus qapalı qrupa təsadüfən daxil olublar.
İnterpress.az xəbər verir ki, Ermənistanın hakim partiyasının qapalı qrupuna təsadüfən giriş əldə edən “Hetq” nəşrinin jurnalistləri, nazirin səhvən onlardan birini qrupa əlavə etməsindən sonra yeni məlumatlar üzə çıxarıblar.
Nəşrin dərc etdiyi araşdırma materiallarına görə, baş nazir Nikol Paşinyan tərəfdarlarına mitinqlərdə kütləvi iştirakı təmin etməyə çağırış edib.
O, müraciətində bildirib: “Hər birinizdən xahiş edirəm, ailə üzvlərinizi, dostlarınızı və qohumlarınızı iştirak etməyə cəlb edin.”

Xuraman Etibarlı
İnterpress.az






