Çinin paytaxtı Pekində özəl xəstəxananın stasionar bölməsində baş verən yanğında həyatını itirənlərin sayı 29-a yüksəlib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, dünən günortadan sonra Fingtay bölgəsindəki Pekin Changfing Xəstəxanasında baş verən yanğında daha 8 nəfərin öldüyünü bildirdi.
71 xəstə xilas edilərək təxliyə edilib.
Yanğının səbəbi hələ müəyyən edilməsə də, hadisə ilə bağlı araşdırmalar davam edir.