Çinin paytaxtı Pekində xəstəxananın xəstə qəbul bölməsində baş verən yanğında ilk təsbitlərə görə 21 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yanğın zamanı indiyədək ən azı 21 nəfər ölüb, 71 xəstə təxliyə edilib.
Yanğının səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalar davam edir.