Fransada ifrat sağçı Milli Birlik (RN) partiyası pensiya yaşının 60-a endirilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Partiya sözçüsü və Fransa parlamentindəki millət vəkili Laure Lavalette təşkilatın təklifinin mahiyyətini qeyd edib.
Bildirib ki, 20 yaşından əvvəl işə başlayanların 60 yaşında pensiyaya çıxması üçün Milli Məclisə qanun layihəsi təqdim edib.
Təklif iş həyatına başlama yaşına uyğun olaraq pensiyaya çıxmaq üçün 40-42 yaş arasında mükafat ödənilməsini əhatə edir.