Peruda prezident Dina Boluartenin istefası tələbi ilə ötən ilin dekabrın 11-dən bəri küçələrə çıxan minlərlə insan hökumət əleyhinə etirazları davam etdirir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xıbər verir.
Paytaxt Lima başda olmaqla bir çox şəhərdə aksiyalar keçirən etirazçılarla polislər arasında toqquşma olub.
Hadisələr zamanı 20 nəfər yaralanıb.
2022-ci il dekabrın 11-dən bu yana nümayişlərdə 64 nəfər həyatını itirib, yaralananların sayı isə 1700-ü keçib.
Peruda etirazlar keçmiş prezident Pedro Kastilonun 2022-ci il dekabrın 7-də Konqres tərəfindən impiçment edilməsindən sonra başlayıb.