Peruda növbədənkənar seçki keçirilməsi tələbi rədd edildibackend

Peruda növbədənkənar seçki keçirilməsi tələbi rədd edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peru Milli Konqresində növbədənkənar prezident seçkiləri keçirilməsi ilə bağlı çağırışı bir daha qəbul edilməyib.

Bu barədə İnterpress.az xarici mətbuata istinadən xəbər verir.

Səsvermədə 54 səs növbədənkənar seçki tələbinin lehinə, 68 səs əleyhinə və 2 səs isə bitərəf olmaqla ardıcıl ikinci dəfə rədd edilib.

Bildirilib ki, seçkilərin 2023-cü ilin dekabrında keçirilməsi təklifini Konqresə Konstitusiya Komissiyasının sədr müavini Hernando Querra Qarsiya təqdim edib.

Digər tərəfdən hökumət əleyhinə nümayişlərin davam etdiyi ölkədə minlərlə insan paytaxt Lima başda olmaqla bir çox şəhərdə etiraz aksiyaları təşkil edib və polislə qarşıdurma yaşanıb.

Yanvarın 28-də Milli Konqresdə keçirilən səsvermədə Boluartenin erkən seçki çağırışı qəbul edilməyib.