Rusiya–Ukrayna müharibəsinin dayandırılması üzrə çərçivə razılaşması bu həftə razılaşdırıla bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin iddiasına görə, Tramp administrasiyası Rusiya ilə gizli danışıqları Ukrayna və Avropanın iştirakı olmadan aparıb.
Məlumata əsasən, Ağ Ev əldə olunan nəticəni Kiyevə artıq qəbul edilmiş qərar kimi təqdim etməyi planlaşdırır.
Mənbə bildirir ki, Ukrayna həm rus qoşunlarının irəliləyişi, həm də daxildəki korrupsiya qalmaqalları səbəbilə ciddi təzyiq altındadır və buna görə də təklif olunacaq şərtləri qəbul etməyə məcbur qala bilər.
Xəbərlərin fonunda Moskva birjasının indeksi 2600-dən yuxarı sıçrayıb.

Xuraman Etibarlı
İnterpress.az






