Politoloq: “Aksiya davam edəcək”backend

Politoloq: “Aksiya davam edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aksiya davam edəcək”.

Bunu İnterpress.az-a siyasi şərhçi Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, separatçılar qorxudan gizlənməyə yeni zirzəmilər axtarırlar: “Erməni tərəfi yeni müharibəyə təhrik edir. Lakin, başa düşməlidirlər ki, bu dəfə Qərbi Zəngəzurun da hesabını verməli olacaqlar”.

Qeyd edək ki, Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolda azərbaycanlı fəalların etiraz aksiyası artıq səkkizinci gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.